Məzmuna keçin

Özəl istehsal - Petrochem.az

Skip menu
Özəl istehsal
Özəl istehsal - Petrochem.az
“Petrochem” şirkətinin inkişaf strategiyası fəaliyyətimizi şaxələndirmək və öz istehsalımızı genişləndirməkdir. Bu məqsədləri həyata keçirmək üçün, biz ən yüksək dərəcəli istehsal bazası yaratdıq və ixtisaslı işçilərə sərmayə qoyduq. Bu gün “Petrochem”, “ChampionX” ilə birgə “BP” və digər müştərilər tərəfindən neft hasilatı və nəqli üçün tələb olunan bütün kimyəvi maddələrin demək olar ki, 100%-ni istehsal edir. “Castrol” ilə birgə biz “Antifreeze” istehsalına başlamışıq ki, bu da “Castrol” ilə əməkdaşlığımızın geniş miqyasını nümayiş etdirir.

“Petrochem” həmçinin Xəzər dənizində çalışan neft-qaz və dənizçilik şirkətlərinin əksəriyyətinin platformalarında və gəmilərində geniş istifadə olunan, məşhur ümumi təyinatlı təmizləyici “SuperSaf” kimi özəl texnologiyamızdan istifadə etməklə hazırlanmış bir sıra kimyəvi maddələr istehsal edir.

Ən son ixtiramız, zərərli azot oksidlərini işlənmiş qazlardan təmizləmək üçün nəzərdə tutulmuş, Avro 4 və daha yüksək standartlara cavab verən bütün dizel mühərriklərində istifadə üçün tələb olunan kimyəvi maddə , “AdBlue” istehsalı üçün yeni zavodun işə salınmasıdır. “Petrochem” şirkəti Xəzər regionunda “AdBlue” istehsalı üçün lisenziya almış yeganə şirkətdir .
Reagents
Reagents
AUS 32
AUS 32
Antifreeze
Antifreeze
© 2023. Petrochem Group

Since the establishment of Petrochem Group in 1992, our mission has been to supply our customers with the highest quality lubricants and related services, which focus on the specific needs of each individual client.
Əlaqə üçün

609, Jafar Jabbarli street, Baku
Email: support@petrochem.az
Mobile: +994772774101
Office: +994124976106
Məqaləyə qayıt