BP / Castrol
“Petrochem Group” Azərbaycan şirkəti Xəzər regionunda sürtkü yağları və kimya məhsullarının aparıcı təchizatçılarından və istehsalçılarından biridir. Yarandığımız gündən 30 il ərzində biz bir sıra xarici şirkətlər ilə sıx əməkdaşlıqlar və işgüzar əlaqələr qurmuşuq. Tərəfdaşlarımız arasında ilk olaraq “British Petroleum”, “Castrol Offshore”, “Champion X”, “Jet Lube”, “Fuchs” və “Petromin” kimi şirkətləri qeyd etmək istəyirik.
Təchiz etdiyimiz sürtkü yağları üzrə “Castrol” , kimya məhsulları üzrə isə “Champion X” bzim aparıcı ticarət nişanlarımızdır. Dənizdə neft-qaz, habelə dənizçilik sənayelərində çalışan bir sıra yerli və xarici şirkətlər bizim əsas müştərilərimizdir.
Biz həmçinin tikinti, mədən işi, istehsalat, ticarət, o cümlədən kommersiya və şəxsi avtomobillər üçün xidmətlər göstərən digər sahələrdə fəaliyyət göstərən digər müştərilər ilə də işləyirik.
